“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Neftçala müəllimləri Təhsil nazirliyi tərəfindən təltif olunub

News Image

Neftçala müəllimləri Təhsil nazirliyi tərəfindən təltif olunub

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunan müəllimləri təbrik etmək məqsədilə ETİHİ Neftçala Rayon Komitəsinin əməkdaşları Astanlı kənd tam orta məktəbində və Aşağı Qaramallı kənd ümumi orta məktəbində olublar.

Görüşlər zamanı fəxri fərmanla təltif olunan Astanlı kənd tam orta məktəbinin direktoru Tağıyev Mübariz Rahib oğluna və Aşağı Qaramanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi Abduləliyeva Yeganə İsmayıl qızına təbriklər çatdırılıb, müəllimlərə ETİHİ Neftçala Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Hər iki müəllimimizi səmimi-qəlbdən təbrik edir, fəaliyyətlərində yeni uğurlar və gələcək nəsillərin yetişdirilməsi yolunda müvəffəqiyyətlər arzulayırıq!

Neftçalanın ittifaq üzvləri üçün Şuşa şəhərinə ekskursiya təşkil olunub

News Image

Neftçalanın ittifaq üzvləri üçün Şuşa şəhərinə ekskursiya təşkil olunub

“Həmkarla gəzək” layihəsi çərçivəsində ETİHİ Neftçala RK-nin dəstəyi ilə Neftçala şəhər Samid İmanov adına 1 nömrəli tam orta məktəb kollektivi üçün Şuşa şəhərinə və 3 nömrəli körpələr evi uşaq bağçasının kollektiv üçün Şəki rayonuna tur təşkil olunub.

Səfərin əsas məqsədi həmkarların asudə vaxtının səmərəli təşkili, kollektiv arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq olub.

Tur zamanı zamanı ittifaq üzvlərimiz bölgələrin qədim tarixi, mədəniyyəti və turizm potensialı haqqında ətraflı məlumat əldə edib, əsrarəngiz təbiət mənzərələri fonunda xoş və yaddaqalan anlar yaşayıblar.

“Həmkarla gəzək” layihəsi çərçivəsində təşkil olunan bu cür səfərlər həmkarlar arasında ünsiyyəti möhkəmləndirməklə yanaşı, onların mənəvi istirahətinə və ölkəmizin müxtəlif guşələrinin daha yaxından tanınmasına da xidmət edir.

Neftçalanın ucqar kəndində müəllimlərin yubileyləri keçirilib

News Image

Neftçalanın ucqar kəndində müəllimlərin yubileyləri keçirilib

“Könüllü qonaq” layihəsi bu dəfə Cəngan məktəbinin iki dəyərli ziyalısının yubiley sevincinə şərik olub.

ETİHİ Neftçala Rayon Komitəsi Neftçala rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbində uzun illər pedaqoji fəaliyyət göstərmiş, təqaüddə olan riyaziyyat müəllimi Günəşova Gülşən Fərzi qızının 70, uzun illər məktəbə rəhbərlik etmiş Əsədli İlham Gülmirzə oğlunun isə 65 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak edib.

Yubiley tədbirində yubilyarların keçmiş şagirdləri, həmkarları və yaxınları bir araya gələrək onlara xoş arzularını çatdırıblar. Görüş zamanı müəllimlərin həyat və pedaqoji fəaliyyətinə dair xoş xatirələr bölüşülüb, keçmiş günlər yad edilib, onların şagirdlərinin həyatında yaratdığı izlərdən və formalaşdırdıqları dəyərlərdən söz açılıb.

ETİHİ Neftçala Rayon Komitəsi tərəfindən Gülşən müəllim və İlham müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edənlər yubilyarları ürəkdən təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və doğmalarının əhatəsində xoş günlər arzulayıblar.

Neftçalada Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar ittifaq üzvləri ilə görüş keçirilib

News Image

Neftçalada Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar ittifaq üzvləri ilə görüş keçirilib

07 oktyabr-Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar ittifaq üzvləri ilə maarifləndirici görüşlər təşkil olunub.

Tədbirin əsas məqsədi layiqli əmək, təhkükəsiz və sağlam əmək şəraiti, işçilərin əmək hüquqlarının qorunması, ədalətli əmək münasibətləri və həmkarlar ittifaqlarının bu istiqamətdə rolu barədə iştirakçıları məlumatlandırmaq olub.

Belə ki, Neftçala şəhər Samid İmanov adına 1 nömrəli, Elton Həbibov adına 4 nömrəli, Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəblərində görüşlər təşkil olunub.

Görüşlər zamanı bildirilib ki, layiqli əmək yalnız əmək haqqı və məşğulluq imkanları ilə məhdudlaşmır. İşçinin əməyinə hörmət edilməsi, hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş mühitinin yaradılması, peşəkar inkişaf imkanlarının təmin olunması, əmək və istirahət vaxtı arasında balansın qorunması da layiqli əməyin mühüm tərkib hissələrindəndir.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

Neftçala müəllimləri Şirvan şəhərində təltif olunublar

News Image

Neftçala müəllimləri Şirvan şəhərində təltif olunublar

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı Şirvan şəhərində tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, idarənin struktur bölmə rəhbərləri, rayon (şəhər) təhsil sektorlarının müdirləri, ETİHİ Rayon Komitələrini sədrləri, YAP-ın Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. Daha sonra Şirvan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbində davam edən tədbirdə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcək inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji xəttdə təhsilin daim mühüm yer tutduğunu, Prezident İlham Əliyev tərəfindən müəllimlərin cəmiyyətin inkişafındakı əvəzsiz rolunun yüksək qiymətləndirildiyini, təhsil işçilərinin əməyinin layiqincə dəyərləndirilməsi, onların sosial rifahının və müdafiəsinin təmin olunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Sonra Elm və Təhsil Nazirliyi tərəfindən təltif olunan müəllimlərə, həmçinin Regional Təhsil İdarəsinin müdiri tərəfindən ötən tədris ilində IV və VI sinif monitorinqlərinin nəticələrinə əsasən sinfi ən yüksək nəticə göstərən müəllimlərə, bir qrup müəssisə rəhbərinə və tərbiyəçi-müəllimə təşəkkürnamələr təqdim olunub.

Sonda tədbir bədii hissə ilə başa çatıb.

Neftçala müəllimləri ETİHİ Respublika Komitəsi tərəfindən təltif olunub

News Image

Neftçala müəllimləri ETİHİ Respublika Komitəsi tərəfindən təltif olunub

ETİHİ Respublika Komitəsi tərəfindən Respublikanın bütün bölgələrində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkənin müxtəlif bölgələrində çalışan ittifaq üzvləri ilə görüşlər keçirib.

Belə ki, ETİHİ Respublika Komitəsi mədəni-kütləvi və idman işləri üzrə şöbənin sektor müdiri Ramil Orucov Neftçala rayonunun Aşağı Surra kənd və Qədimkənd kənd tam orta ümumtəhsil məktəblərində təşkil olunan görüşlərdə iştirak edib.

Görüşlər zamanı AHİK-in və ETİHİ Respublika Komitəsinin rəhbərliyinin bayram təbrikləri təhsil işçilərinə çatdırılıb, müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu vurğulanıb.

Ramil Orucov təhsil işçilərini 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Tağıyev Firdovsi Bahadir oğlu və Azərbaycan Respublikasının əməkdar müəllimi, Sakit Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Kərimova Raziyyə Abdulla qızı fəxri fərman, hədiyyə və gül dəstələri ilə təltif olunublar.

Görüşlərin sonunda təhsil işçiləri ilə xatirə şəkilləri çəkdirilib.

Neftçalada Müəllimlər günü qeyd olunub

News Image

Neftçalada Müəllimlər günü qeyd olunub

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsi tərəfindən ittifaq üzvləri ilə silsilə görüşlər davam etdirilir.

Müəllim əməyinə diqqət və qayğının, onların zəhmətinin qiymətləndirilməsinin vacibliyini diqqətdə saxlayan görüşlər çərçivəsində növbəti dəfə 2026-cı il sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş (55+), eləcə də şagirdləri və övladları qəbul imtahanlarında yüksək göstəricilər əldə etmiş müəllimlərlə görüşlər keçirilib.

Səmimi söhbət və fikir mübadiləsi şəraitində keçən görüşlərdə müəllim əməyinin cəmiyyətin gələcəyinin formalaşmasında əvəzsiz rolu xüsusi vurğulanıb. Şagirdlərinin uğurunda böyük əməyi olan, öz bilik və təcrübəsini gənc nəslin inkişafına həsr edən müəllimlərə təşəkkür ifadə olunub.

Görüşlər zamanı yüksək nəticələri ilə fərqlənən müəllimlərə ETİHİ Neftçala Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim edilib, onların əməyinə verilən dəyər və xoş arzular çatdırılıb.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq, peşə fəaliyyətlərində yeni uğurlar və yetirmələrinin nailiyyətlərindən daim qürur duymağı arzulayırıq!

Neftçalada şəhid ailəsi ziyarət olundu

News Image

Neftçalada şəhid ailəsi ziyarət olundu

2 oktyabr – Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Ayaz İmanzadənin şəhidliyinin 6-cı ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.

ETİHİ Neftçala Rayon Komitəsinin əməkdaşları ittifaq üzvümüz Rəna İmanzadənin qardaşı, şəhid Ayaz İmanzadənin ailəsinə baş çəkərək şəhidimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı şəhidimizin Vətən qarşısındakı xidmətlərindən və qəhrəmanlığından söz açılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Beynəlxalq Ahıllar günü ilə əlaqədar Netfçalada 76 yaşlı müəllim ziyarət olunub

News Image

Beynəlxalq Ahıllar günü ilə əlaqədar Netfçalada 76 yaşlı müəllim ziyarət olunub

1 Oktyabr Beynəlxalq Ahıllar günü münasibətilə “Könüllü qonağ”ın növbəti görüşü uzun illər təhsil sahəsində fəaliyyət göstərmiş, yüzlərlə şagirdin yetişməsində əvəzsiz xidmətləri olan Neftçala rayonu Kür Qarabucaq kənd ümumi orta ümumtəhsil məktəbinin təqaüddə olan riyaziyyat müəllimi Quliyev Təbiət Şirməmməd oğlunun evində baş tutub.

Məlumat üçün bildirək ki, bu gün həm də ziyalımızın 76 yaşı tamam olurdu. Bu münasibətlə görüşdə müəllimin müxtəlif illərdə təhsil verdiyi şagirdləri, təqaüddə olan həmkarları ilə yanaşı ailə üzvləri də iştirak ediblər. Onlar Təbiət müəllimin onların həyatlarında oynadığı mühüm roldan, qazandıqları uğurlarda onun zəhmətinin və verdiyi biliklərin xüsusi payından bəhs ediblər. Çıxış edənlər doğum günü münasibətilə səbəbkarı ürəkdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və doğmalarının əhatəsində xoş günlər arzulayıb.

Görüş zamanı Təbiət müəllimə uzunmüddətli və nümunəvi pedaqoji fəaliyyətinə görə fəxri fərman və hədiyyə təqdim edilib.

Səmimi söhbətlər, xatirələr və xoş təəssüratlarla yadda qalan görüşün sonunda Təbiət müəllim və ailəsi ona göstərilən yüksək ehtirama və diqqətə görə ETİHİ ailəsinə təşəkkürünü bildirib. O, müəllim əməyinə verilən dəyərin sevindirici olduğunu vurğulayaraq belə görüşlərin təhsil işçiləri üçün mənəvi dəstək olduğunu qeyd edib.

Neftçalada təqaüddə olan kimya müəllimi ziyarət edilib

News Image

Neftçalada təqaüddə olan kimya müəllimi ziyarət edilib

“Könüllü qonaq” uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş, yüzlərlə şagirdin yetişməsində əvəzsiz xidmətləri olan Neftçala şəhər Nizami Gəncəvi adına 3 nömrəli tam orta məktəbin kimya müəllimi olmuş Qəmbərov Arif Ağasəf oğlunun qonağı olub.

Görüşdə müəllimin müxtəlif illərdə təhsil verdiyi şagirdləri və təqaüddə olan həmkarları da iştirak ediblər. Onlar Arif müəllimin onların həyatlarında oynadığı mühüm roldan, qazandıqları uğurlarda onun zəhmətinin və verdiyi biliklərin xüsusi payından bəhs ediblər.

Görüş zamanı Arif müəllimə uzunmüddətli və nümunəvi pedaqoji fəaliyyətinə görə fəxri fərman və hədiyyə təqdim edilib.

Səmimi söhbətlər, xatirələr və xoş təəssüratlarla yadda qalan görüşün sonunda Arif müəllim ona göstərilən yüksək ehtirama və diqqətə görə ETİHİ ailəsinə təşəkkürünü bildirib. O, müəllim əməyinə verilən dəyərin sevindirici olduğunu vurğulayaraq belə görüşlərin təhsil işçiləri üçün mənəvi dəstək olduğunu qeyd edib.

Neftçalada Müəllimlər Günü ilə əlaqədar ittifaq üzvləri ilə silsilə görüşlər keçirilir

News Image

Neftçalada Müəllimlər Günü ilə əlaqədar ittifaq üzvləri ilə silsilə görüşlər keçirilir

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin əməkdaşları tərəfindən ittifaq üzvləri ilə görüşlər keçirilib.

Müəllim əməyinə diqqət və qayğının, onların zəhmətinin qiymətləndirilməsinin vacibliyini diqqətdə saxlayan görüşlər çərçivəsində 2026-cı il sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş (55+), eləcə də şagirdləri qəbul imtahanlarında yüksək göstəricilər əldə etmiş müəllimlərlə görüşlər keçirilib.

Səmimi söhbət və fikir mübadiləsi şəraitində keçən görüşlərdə müəllim əməyinin cəmiyyətin gələcəyinin formalaşmasında əvəzsiz rolu xüsusi vurğulanıb. Şagirdlərinin uğurunda böyük əməyi olan, öz bilik və təcrübəsini gənc nəslin inkişafına həsr edən müəllimlərə təşəkkür ifadə olunub.

Görüşlər zamanı yüksək nəticələri ilə fərqlənən müəllimlərə ETİHİ Neftçala Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim edilib, onların əməyinə verilən dəyər və xoş arzular çatdırılıb.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq, peşə fəaliyyətlərində yeni uğurlar və yetirmələrinin nailiyyətlərindən daim qürur duymağı arzulayırıq!

Neftçala məktəbliləri Anım günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

News Image

Neftçala məktəbliləri Anım günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

Neftçala Skautları 27 Sentyabr – Anım Günü ilə əlaqədar Neftçala Şəhidlər Xiyabanını və İkinci Fəxri Xiyabanı ziyarət ediblər.

Şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilib, məzarları önünə gül dəstələri qoyulub. Gənc skautlar Vətən uğrunda canından keçən qəhrəmanlarımızın həyat və mübarizə yolunu yad edərək, onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıblar.

Şəhidlərimizi ehtiramla anır, əziz xatirələrini daim uca tuturuq.